Məlumata görə, startap 22.3 milyon dollar dəyərində olan bu razılaşmanın konkret olaraq kiminlə bağlandığını açıqlamayıb.
"Sifarişçi barədə məlumatlar və sistemlərin quraşdırılacağı məkanla bağlı detallar gizli saxlanılır", - deyə "Powerus"un rəsmi məlumatında qeyd olunur.
Şirkət sifarişçini dronları aşkar edən və izləyən xüsusi avadanlıqlarla təmin edəcək.
Startapdan bildirilib ki, sistemin arxitekturası gələcəkdə "Guardian" ələkeçirici texnologiyasının mümkün inteqrasiyası nəzərə alınmaqla hazırlanıb və bu, müştərinin PUA-lara qarşı müdafiə imkanlarını daha da genişləndirəcək.
Materialda bildirilir ki, söhbət "Fars körfəzindəki enerji şirkəti" ilə imzalanmış müqavilədən gedir.
Agentliyin məlumatına əsasən, ABŞ Prezidenti Donald Trampın böyük oğulları tərəfindən dəstəklənən startap Vaşinqtonun Tehrana qarşı hərbi əməliyyatları zamanı özəl biznesin öz müdafiəsini təmin etmək marağından yararlanıb.
Mənbə: oxu.az