Zelenski yeni müdafiə nazirinin əsas vəzifəsini açıqlayıb

Zelenski yeni müdafiə nazirinin əsas vəzifəsini açıqlayıb

Ukraynanın yeni müdafiə nazirinə silah istehsalı və tədarükünü, qoşunların təchizatını və hava hücumundan müdafiəni gücləndirmək tapşırılıb.

Bu barədə “RBC-Ukrayna” prezident Volodimir Zelenskinin videomüraciətinə istinadən məlumat yayıb.

Zelenski bildirib ki, yeni müdafiə naziri Yevgeni Xmara Ukraynanın bütün müdafiə sisteminin işini yenidən qurmalıdır. Buraya silah istehsalı və alınması, onların cəbhəyə çatdırılması, eləcə də Rusiya zərbələrindən müdafiənin gücləndirilməsi daxildir.

Ukrayna Prezidenti hərbçilərin Rusiya hücumlarının qarşısını almaq, cəbhədə mövqeləri qorumaq və aktiv əməliyyatlar keçirmək üçün bütün zəruri vasitələrlə təmin edilməsinin vacibliyini vurğulayıb.

Mənbə: apa.az