Paşinyandan ordudakı intiharlarla bağlı təcili qərar

Paşinyandan ordudakı intiharlarla bağlı təcili qərar

Ermənistan Silahlı Qüvvələrində baş verən intihar halları və nizamnamədən kənar münasibətlərlə bağlı sistemli həll yolları işləyib hazırlayacaq idarələrarası işçi qrupu yaradılacaq.

Ermənistanın Baş naziri Nikol Paşinyan bununla bağlı müvafiq qərar imzalayıb.

Hökumət rəhbərinin imzaladığı sənəddə ordudakı özünəqəsd və nizamnamədən kənar halların qarşısının alınması üçün xüsusi işçi qrupunun tərkibi təsdiqlənib.

Qərara əsasən, yaradılan idarələrarası işçi qrupuna 3 ay müddətində kompleks təkliflər paketini hazırlayıb şəxsən Baş nazirə təqdim etmək tapşırılıb.

Qeyd edək ki, Ermənistan ordusunda son zamanlar əsgərlər arasında ölüm, intihar və nizamnamədən kənar münasibətlər zəminində baş verən cinayətlərin sayının kəskin artması ölkə ictimaiyyətində və hüquq-müdafiəçiləri arasında ciddi narazılıqlara səbəb olmuşdu.

Mənbə: qafqazinfo.az