İranın ABŞ ilə müvəqqəti atəşkəs rejiminə ehtiyacı yoxdur.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib.
“Bəzi ölkələr əlaqələr qurmağı, vasitəçilik etməyi təklif edirdilər. Onların hamısına cavabımız tamamilə aydın idi: biz atəşkəs istəmirik, bizə müharibənin başa çatması lazımdır. Bizə atəşkəslə bitən, lakin bir neçə aydan sonra təkrar olunan 12 günlük müharibə lazım deyil”, — deyə nazirliyin rəhbəri bildirib.
İyunun 18-də ABŞ və İran müvəqqəti qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Lakin cəmi bir neçə gün sonra ABŞ rəhbərliyi Tehranı Hürmüz boğazında atəşkəs rejimini pozmaqda ittiham edib. İslam Respublikası da öz növbəsində ABŞ hərbçilərini zərbələr endirməkdə təqsirləndirib.
Hüseyn İbadlı
Mənbə: publika.az