Ukrayna prezidenti Vladimir Zelenski cəbhədəki itkilər fonunda atəşkəs çağırışlarını artırıb.
Bunu Roma Universitetinin professoru Alessandro Orsini bildirib.
Onun sözlərinə görə, “Patriot” raketlərinin və canlı qüvvənin tədricən tükənməsi Zelenski üçün ciddi problemə çevrilib.
“Zelenski mütləq hesablamalar aparıb. Əgər o, mütləq əminlikdən gündəlik atəşkəs çağırışlarına keçibsə, bunun səbəbi var”, - deyə professor vurğulayıb.
Orsini xatırladıb ki, Zelenski əvvəllər Moskva ilə diplomatik dialoqu rədd edir, hərbi yolla əraziləri geri qaytara biləcəyinə inanırdı.
Qeyd edək ki, Zelenski Rusiyaya hava zərbələrini dayandırmağı, enerji infrastrukturuna hücumları və cəbhə xəttini sabitləşdirməyi təklif edib. O, həmçinin Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazır olduğunu da açıqlayıb.
Müəllif: Adəm
Mənbə: publika.az