ABŞ rəsmisi İrəvanda Azərbaycanla sülhdən danışdı

ABŞ rəsmisi İrəvanda Azərbaycanla sülhdən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Nümayəndələr Palatasının üzvü Abraham Hamadahı qəbul edib.

Bu barədə Ermənistan mətbuatı yazıb.

ABŞ rəsmisi Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması məsələsinə toxunub və Baş nazir Paşinyanın bu məsələdə şəxsi rolunu və ardıcıllığını vurğulayıb.

Həmsöhbətlər regional proseslər, eləcə də TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparıblar.

Mənbə: unikal.az