HƏMAS-ın silahsızlandırılması prosesinə yaxın 30 gün ərzində başlanıla bilər.
Bunu ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner “Fox News”a müsahibəsində deyib.
Onun sözlərinə görə, növbəti mərhələdə HƏMAS-ın yeraltı infrastrukturunun məhv edilməsinə də başlanması mümkündür.
“Ümid edirəm ki, növbəti 60-90 gün ərzində tunellərin bir hissəsinin ləğvinə də başlanacaq”, - Kuşner bildirib.
O, prosesdə kifayət qədər sürətli irəliləyiş gözlədiyini vurğulayıb.
Kuşner əlavə edib ki, Vaşinqton İsrailin özünümüdafiə hüququnu məhdudlaşdırmaq niyyətində deyil.
Mənbə: publika.az