SAXAL "Hizbullah"ın yüksək rütbəli komandirini məhv etdi

SAXAL "Hizbullah"ın yüksək rütbəli komandirini məhv etdi

İsrail Müdafiə Qüvvələri (SAXAL) şənbə günü Livanın cənubunda israilli hərbçilərə qarşı hücumdan sonra "Hizbullah"ın "Bədr" bölməsinin yüksək rütbəli komandiri Əbu Həsən Əlaanın zərərsizləşdirildiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, "SAXAL"ın bəyanatında deyilir: "SAXAL təhlükəsizlik zonasında israilli əsgərlərə qarşı 'Hizbullah'ın fəaliyyəti ilə əlaqədar olaraq "Bədr" bölməsinin yüksək rütbəli komandiri Əbu Həsən Əlaanı zərərsizləşdirib."

Hərbçilərin məlumatına görə, öldürülən şəxs təhlükəsizlik zonasında xidmət aparan İsrail ordusunun hərbçilərinə qarşı çoxsaylı hücumların təşkilində iştirak edib. O cümlədən, Livanın cənubunda israilli əsgərlərə qarşı partlayıcı maddələrlə təchiz edilmiş pilotsuz uçuş aparatlarının buraxılmasını təşkil etdiyi bildirilir.

"SAXAL"ın məlumatına əsasən, Əlaa son illərdə "Hizbullah"ın İsrail hərbçiləri və mülki şəxslərinə qarşı fəaliyyət göstərən bir neçə döyüş bölməsinə rəhbərlik edib.

Mətbuat xidmətinin açıqlamasında qeyd olunub ki, onun zərərsizləşdirilməsi "Hizbullah"ın idarəetmə imkanlarına ciddi zərbə vurub.

İsrail ordusu şənbə günü həmçinin Livanın cənubunda Nəbatiyyə şəhəri və Ənsar qəsəbəsi yaxınlığında "Hizbullah"ın infrastruktur obyektlərinə zərbələr endirdiyini bildirib. Bu əməliyyat Livanın cənubundakı Əli ət-Tahir dağ silsiləsi ərazisində "Hizbullah" silahlılarının israilli hərbçilərə qarşı hücumuna cavab olaraq həyata keçirilib. Həmin insident nəticəsində üç İsrail hərbçisi yaralanıb.


Mənbə: unikal.az