Ukraynanın sabiq prezidenti Viktor Yuşenko Bakıya gəlib.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Ukraynanın üçüncü prezidenti Viktor Yuşenkonu Bakıda qarşılamaqdan şərəf duyuram!” – deyə o, paylaşımında bildirib.
Qeyd edək ki, Viktor Yuşenko 2005-2010-cu illərdə Ukraynaya rəhbərlik edib.
Mənbə: qafqazinfo.az