Belarus Prezidenti Aleksandr Lukaşenko hakimiyyətin öz övladlarına ötürüləcəyi ilə bağlı iddialara kəskin münasibət bildirib.
“Tam axmaqdırlar. Onlar bu işin nə demək olduğunu bilmirlər”, – deyə Lukaşenko Qomel vilayətinə səfəri zamanı lentə alınan videoda bildirib.
Dövlət başçısı əlavə edib ki, hakimiyyəti təhvil vermək üçün görülən bütün işləri hazırlayaraq başqalarına vermək lazımdır ki, onlar da ölkəni dağıtmadan, Çin üsulu ilə irəlilətsinlər:
“Əgər biz bu bünövrəni qoymasaq, növbəti nəsillərə çətin olacaq, bəlkə də bacarmayacaqlar. Məni narahat edən elə budur”.
Qeyd edək ki, varis məsələsi yerli mediada dəfələrlə qaldırılıb. Lukaşenko daha əvvəl də bildirmişdi ki, yeni prezidentlik müddətinə iddialı deyil və hakimiyyətdə “bir az ləngiməsinin” səbəbi yeni nəslin dövlət idarəçiliyinə hazırlanmasıdır.
Xatırladaq ki, Aleksandr Lukaşenko 1994-cü ilin iyulundan Belarusa rəhbərlik edir.
Mənbə: qafqazinfo.az