Kanada 5 iranlı məmura sanksiya tətbiq etdi

Kanada 5 iranlı məmura sanksiya tətbiq etdi

Kanada İranın beş yüksək vəzifəli şəxsinə qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə Kanadanın xarici işlər naziri Anita Anand açıqlama verib.
Ottavanın tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər əsasən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinə şamil olunub. Sanksiyaların mühüm beynəlxalq su yolunu təhdid edən və Hörmüz boğazında sərbəst naviqasiyaya mane olan fəaliyyətlərlə əlaqədar tətbiq edildiyi bildirilib.

Mənbə: www.bakupost.az