Ukrayna Vaşinqtondakı səfir postuna yeni namizəd tapmaqda çətinlik çəkir.
Bu barədə “Politico” yazıb.
Məlumata görə, əsas səbəb ABŞ prezidenti Donald Trampın administrasiyası ilə işləməyin son dərəcə çətin olmasıdır.
Bildirilir ki, Vladimir Zelenski Vaşinqtona nüfuzlu bir şəxsi göndərmək istəyir, lakin uyğun namizəd tapılmır. Namizədlər Kiyev rəhbərliyinə yaxınlıq olmadan normal fəaliyyət göstərə bilməyəcəklərindən ehtiyat edirlər.
Ukrayna deputatı İvanna Klimpuş-Tsintsadzenin sözlərinə görə, Zelenskinin yaxın çevrəsində bu vəzifəyə uyğun şəxs yoxdur. Keçmiş diplomat qeyd edib ki, vəzifə ilə maraqlananlar var, lakin onların heç biri irəli sürülən tələblərə cavab vermir.
Vaşinqtondakı səfir postunun əhəmiyyəti isə xüsusilə artır. Buna səbəb ABŞ və Ukrayna arasında münaqişənin həlli ilə bağlı danışıqların yenidən başlaması ehtimalıdır.
Müəllif: Adəm
Mənbə: publika.az