Konqresdən SƏRT TƏLƏB - ABŞ Yaxın Şərqə yeni təyyarədaşıyan gəmi göndərir

Konqresdən SƏRT TƏLƏB - ABŞ Yaxın Şərqə yeni təyyarədaşıyan gəmi göndərir

ABŞ planlaşdırılmış rotasiya çərçivəsində "Avraam Linkoln" (USS Abraham Lincoln) təyyarədaşıyan gəmisini əvəz etmək üçün Yaxın Şərqə "Corc Vaşinqton" (USS George Washington) təyyarədaşıyanını göndərməyə hazırlaşır.

"Avraam Linkoln" 250 gündən çoxdur ki, dənizdədir və artıq 200 gündür ki, limanlara daxil olmayıb və dənizdə fasiləsiz qalma müddətinə görə rekord vurub.

Qeyd olunur ki, "Avraam Linkoln"un dənizdə bu qədər uzunmüddətli qalması artıq Konqresdə narahatlığa səbəb olub. Senator Riçard Blyumental hərbi nazir Pit Heqsetə və ABŞ Hərbi Dəniz Qüvvələri nazirinin vəzifəsini icra edən Hun Saoya məktub göndərərək, gəmidəki xidmət şəraiti barədə məlumat tələb edib.

"İlkin tələbat mallarının çatışmazlığı, suyun çirklənməsi, su kəməri problemləri, psixi sağlamlığın pisləşməsi, göyərtədə təhlükəsizlik problemləri və poçt sistemindəki axsamalar barədə çoxlu məlumatlar daxil olub. Bu axsamalar səbəbindən gəmiyə göndərilən bir çox vacib bağlama aylarla yolda itkin düşüb", — deyə konqresmen bildirib.

Bildirilir ki, təyyarədaşıyan gəminin əvəzlənməsi xidmət şəraiti ilə bağlı daxil olan şikayətlərlə birbaşa əlaqəli deyil. WSJ-nin məlumatına görə, rotasiya gəmidəki problemlər barədə məlumatlar ortaya çıxmazdan əvvəl, qabaqcadan planlaşdırılıb.

Daha əvvəl dənizçilərin Yaxın Şərqdəki uzunmüddətli xidmət səbəbindən "Avraam Linkoln" təyyarədaşıyan gəmisindən suya tullanmağa cəhd etdikləri barədə məlumat verilmişdi.

Hüseyn İbadlı

Mənbə: publika.az