Trampın mətbuat katibi postuna ən azı 6 namizəd nəzərdən keçirilir

Trampın mətbuat katibi postuna ən azı 6 namizəd nəzərdən keçirilir

ABŞ Prezidenti Donald Trampın administrasiyasında Ağ Evin mətbuat katibi Karolin Livittin vəzifədən ayrılmasından sonra onun postuna ən azı altı nəfərin namizədliyi nəzərdən keçirilir.

Bu barədə “The New York Post” məlumat yayıb.

Nəşrin əsas namizədlərdən biri kimi Livittin müavini Anna Kellini göstərdiyi bildirilir. Məlumata görə, Kelli Ağ Evin mətbuat xidmətində təcrübəyə malikdir və media ilə münasibətlərdə sərt mövqeyi ilə seçilir. O, Livittin üslubuna ən yaxın namizədlərdən biri hesab olunur.

Digər mümkün namizəd isə keçmiş televiziya aparıcısı Seyc Stil olub. O, 2024-cü il prezident seçkiləri kampaniyası zamanı Donald Trampı fəal şəkildə dəstəkləyib.

Livitt avqustun sonunda Ağ Evin mətbuat katibi vəzifəsindən ayrılacaq. O, qərarını ailəsi ilə daha çox vaxt keçirmək istəyi ilə əlaqələndirib. Tramp isə Livittin fəaliyyətini yüksək qiymətləndirərək onun administrasiyadan ayrıldıqdan sonra da məsləhətçi kimi fəaliyyət göstərəcəyini bildirib.

Mövsüm

Mənbə: www.aznews.az