Ruben Rubinyan: "Türkiyədə Adana kababını yeməyi sevirdim" – VİDEO

Ruben Rubinyan: "Türkiyədə Adana kababını yeməyi sevirdim" –

Ermənistan parlamentinin spikeri vəzifəsinə namizəd Ruben Rubinyan Türkiyədə təhsil aldığı dövr və həmin illərlə bağlı açıqlamalar verib.

O, parlamentdə müxalifətdəki "Güclü Ermənistan" blokunun deputatının suallarını cavablandırarkən Türkiyədə dövlət qurumlarının nümayəndələri ilə görüşmədiyini bildirib.

Rubinyanın sözlərinə görə, o, yalnız Hrant Dink Fondunun proqramı çərçivəsində türk dili kursu keçib və Türkiyədə olması faktını heç vaxt gizlətməyib.

"Türkiyədə Adana kababı və İsgəndər kababını yeməyi sevirdim, çox dadlı idi", – deyə Rubinyan əlavə edib.


Bizim.Media

Mənbə: bizim.media