ABŞ Prezidenti Donald Tramp İran rəsmilərini ABŞ ilə danışıqların aparıldığını inkar etdiklərinə görə ikiüzlü adlandırıb.
Tramp bu barədə “Truth Social” hesabında yazıb.
“İran rəhbərliyi inanılmaz dərəcədə ikiüzlüdür! Onlar görüş istəyirlər — hətta bəziləri buna “yalvarmaq” deyərdi — danışıqlar başlayır və yaxın gələcək üçün yeniləri planlaşdırılır, lakin onlar açıq və qürurla heç bir müzakirənin aparılmadığını, heç nəyin müzakirə olunmadığını və yalnız “Oman” ilə məşğul olduqlarını bəyan edirlər”, - o qeyd edib.
Mənbə: qafqazinfo.az