İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf hərbi eskalasiyanın ilk gününün təfərrüatlarını bölüşüb.
Onun sözlərinə görə, İran rəhbərliyi liderinin həlak olduğunu hələ martın 9-da, ilk bombalamalardan cəmi bir saat sonra anlasa da, bu barədə məlumat dərhal açıqlanmayıb.
Qalibaf qeyd edib ki, əsas hakimiyyət rəhbərlərinin təcili görüşünün təşkil edilməsi müəyyən vaxt aparıb. Əli Laricaninin gəldiyi an artıq axşam saat səkkiz idi. Həmin müşavirədə ilkin olaraq liderin ölümü ilə bağlı rəsmi elanın səhəri günə qədər təxirə salınması qərara alınıb, bundan sonra iştirakçılar tez bir zamanda dağılışblar.
Lakin sonradan rəhbərlik bu planı yenidən nəzərdən keçirib. Rəsmi bəyannamə ilə hələ dan yeri sökülərkən çıxış etmək və eyni zamanda vətəndaşları küçələrə çıxmağa çağirmaq qərara alınıb.
Natiq Səlim
Mənbə: konkret.az