Zaxarova Trampın vədini xatırlatdı: “24 saata bitirəcəyini 80 dəfə deyib"

Zaxarova Trampın vədini xatırlatdı:

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişəni 24 saat ərzində bitirəcəyinə dair 80-dən çox vəd verib və Ankoricdəki sammiti yüksək qiymətləndirib.

Bu barədə Zaxarova şəxsi teleqram kanalında yazıb.

"ABŞ Dövlət katibi Marko Rubio Rusiya XİN rəhbəri Sergey Lavrovla danışıqlardan sonra jurnalistin sualına cavab verərkən deyib: “Siz elə bilirsiniz ki, biz Ukraynadakı müharibəni 30 dəqiqəyə həll etdik? Bu, belə işləmir'", - deyə o, özünün "Telegram" kanalında yazıb.


"Heç kim belə düşünmürdü. Lakin hamı ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişəni 24 saat ərzində bitirəcəyini 80-dən çox xatırlatdığını və vəd etdiyini, daha sonra isə Ankoricdəki sammiti yüksək qiymətləndirdiyini yaxşı xatırlayır", - deyə Zaxarova fikirlərinə əlavə edib.

Mənbə: bizim.media