ABŞ Nümayəndələr Palatası Prezident Donald Trampdan İrana qarşı müharibəni dayandırmağı tələb edən qətnaməni qəbul edib.
Bu haqda “Axios” portalı məlumat yayıb.
Sənəd Nümayəndələr Palatasının 214 üzvü tərəfindən dəstəklənib, 208 nəfər isə onun əleyhinə səs verib. Dörd respublikaçı — Brayan Fitspatrik, Tom Barrett, Uorren Devidson və Tomas Massi — sənədin lehinə səs verib.
Belə ki, sənəd Trampı İrana qarşı hərbi əməliyyatları dayandırmağa çağırır. Bununla belə, qətnamə məcburi xarakter daşımır və qanunvericilərin mövqeyini əks etdirir. Ağ Ev administrasiyasının bu tələblərə məhəl qoymamaq hüququ var.
Mənbə: qafqazinfo.az