Nyu-York meri Zöhran Məmdani İsrailin Baş naziri Benyamin Netanyahu barədə sərt bəyanatla çıxış edib.
Mer Netanyahunu "hərbi cinayətkar" adlandıraraq, onun Fələstin xalqına qarşı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıdığını bildirib.
Məmdani vurğulayıb ki, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Netanyahu barəsində həbs qərarı verməsi təsadüfi deyil və onun məhkəmə qarşısına çıxarılmalı olduğunu düşünür.
Mer qeyd edib ki, Nyu-York administrasiyası Netanyahu şəhərə gələcəyi təqdirdə BCM-nin orderini icra etmək imkanlarını araşdırsa da, bunun üçün müstəqil hüquqi səlahiyyətə malik deyil. O, ABŞ federal hökumətini Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmağa və həmin orderi icra etməyə çağırıb.
Məmdani əlavə edib ki, Benyamin Netanyahu, eləcə də azadlıqda olan digər hərbi cinayətkarlar Nyu-Yorkda arzuolunan şəxslər deyil.
Mənbə: bizim.media