Qazaxıstan ilk dəfə Ukraynaya irad bildirdi

Qazaxıstan ilk dəfə Ukraynaya irad bildirdi

Qazaxıstan Xarici İşlər Nazirliyi Ukrayna pilotsuz uçuş aparatlarının Qazaxıstan neftinin daşınmasında iştirak edən gəmilərə endirdiyi zərbələri pisləyib.

Rəsmi Astana bu hücumları ölkənin iqtisadi maraqlarına yolverilməz qəsd kimi qiymətləndirərək, Qazaxıstan neftinin ixracı ilə bağlı infrastruktur obyektlərinə hücumların dayandırılmasını tələb edib.

Bəyanatda həmçinin bildirilib ki, Qazaxıstan vurulan zərərə görə kompensasiya tələb etmək hüququnu özündə saxlayır.

Bu, faktiki olaraq Qazaxıstanın Ukraynanın hücumlarının ölkənin iqtisadi maraqlarına təsirləri ilə bağlı Kiyevə ünvanladığı ilk bu qədər sərt ictimai mesaj hesab olunur.

Bizim.Media

Mənbə: bizim.media