Arakçı etiraf etdi:Türkiyə İranın parçalanmasının qarşısını aldı

Arakçı etiraf etdi:Türkiyə İranın parçalanmasının qarşısını aldı

Türkiyə 40 günlük müharibə zamanı İranı bölmək planının həyata keçirilməsinin qarşısını aldı.

Axar.az-a istinadən xəbər verilir ki,bunu İran xarici işlər naziri Abbas Arakçı deyib.

O, Türkiyənin Şimali İraqdan kürd silahlı qruplarının İrana daxil olmasının qarşısını almaqda fəal rol oynadığını və İranın bölünməsi üçün ssenarilərin formalaşmasına mane olduğunu bildirib.

“Müharibənin dördüncü günündə Donald Tramp Şimali İraqda İrana qarşı çıxan kürd silahlı qruplaşmaların liderləri ilə əlaqə saxlayaraq, onların İrana qurudan girməsini dəstəklədi”, - nazir əlavə edib.

Arakçı bildirib ki, bundan xəbər tutduqdan sonra İraq Kürdüstan Regionunun rəsmiləri, İraq Baş naziri və Türkiyənin xarici işlər naziri ilə əlaqə saxlayıb və Tehranın narahatlıqlarını çatdırıb.

İran xarici işlər nazirinin sözlərinə görə, Türkiyə hökuməti bu hərəkətin qarşısını almaqda təsirli rol oynayıb və ABŞ ilə məsləhətləşmələrlə yanaşı, bu plana qarşı sərt mövqe nümayiş etdirib.

Mənbə: www.faktinfo.az