VI “Yüksəliş” müsabiqəsinin final mərhələsi başa çatıb - Fotolar

VI “Yüksəliş” müsabiqəsinin final mərhələsi başa çatıb - Fotolar

İyulun 19-da VI “Yüksəliş” müsabiqəsinin üç gün davam edən final mərhələsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, final mərhələsinin üçüncü günündə tədbirdə:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva;

Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov;

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov;

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov;

Azərbaycan Respublikasının iqtisad naziri Mikayıl Cabbarov;

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov;

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev;

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev;

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli;

Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri Məcnun Məmmədov;

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva;

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov;

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov;

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov;

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova;

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev;

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov;

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İdarə Heyətinin sədri Rüfət Mahmud;

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov;

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov;

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev;

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov;

"Azerconnect Group"un baş direktoru Emil Məsimov;

Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.

Finalçılar Təşkilat Komitəsinin üzvləri və mentorların müşahidəsi altında “Yeni təsir gücü:Azərbaycan” adlı keys tapşırığını yerinə yetiriblər. İştirakçılar keys üzrə həll yollarını hazırlayaraq təqdim edib, mentorların suallarını cavablandırıblar. Təqdimatlardan sonra finalçıların fəaliyyəti idarəçi rəhbərlər tərəfindən qiymətləndirilib.

Keys çərçivəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən, ardıcıl və milli maraqlara əsaslanan siyasəti nəticəsində Azərbaycanın güclənən dövlətçilik mövqeyi, artan beynəlxalq nüfuzu və yeni regional təsir mərkəzi kimi formalaşması müzakirə edilib. İştirakçılar ölkəmizin mövcud potensialının daha da gücləndirilməsi və strateji təsir imkanlarının genişləndirilməsi istiqamətində həll yolları hazırlayaraq təqdim edib, mentorların suallarını cavablandırıblar.

Qiymətləndirmə prosesinin bir hissəsi olaraq hər masaya təyin edilmiş mentor komandada bilik və idarəetmə bacarıqları ilə fərqlənən bir finalçıya əlavə qiymətləndirmə balı təqdim edib. Mentor tərəfindən verilən bal iştirakçının final mərhələsi üzrə ümumi nəticəsinə əlavə olunub.

VI “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları final mərhələsi başa çatdıqdan sonra 5-7 iş günü ərzində açıqlanacaq.

Qeyd edək ki, final mərhələsində müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 130 iştirakçı mübarizə aparıb. Finalçılar “İdarəçi rolları modeli” üzrə müxtəlif situasiyaları həll etməklə biliklərini, liderlik keyfiyyətlərini və idarəetmə bacarıqlarını nümayiş etdiriblər.

VI “Yüksəliş” müsabiqəsində iştirak etmək üçün ümumilikdə 17 651 nəfər müraciət edib. Müsabiqənin 20 qalibi bir il müddətində idarəçi rəhbərlərdən, dövlət qurumlarının rəhbərlərindən və böyük şirkətlərin top-menecerlərindən fərdi karyera məsləhətləri almaq, kadr ehtiyatı bankına daxil edilmək, həmçinin hər biri 20 000 manat məbləğində pul mükafatı əldə etmək imkanı qazanacaq.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf proqramı çərçivəsində mentorluq dəstəyi almaq və özünüinkişaf məqsədilə 20 min manat məbləğində pul mükafatı əldə etmək imkanı qazanırlar.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2025-ci il 10 dekabr tarixində müvafiq Sərəncam imzalanıb.










Mənbə: qafqazinfo.az