Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin hərbi rəhbərliyi ilə bir sıra müşavirələr keçirib.
Görüşlərdə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Mixail Drapatı, Baş Qərargah rəisinin müavini Volodimir Qorbatyuk və Desant-Hücum Qoşunlarının komandanı Oleq Apostol iştirak ediblər.
Müşavirələr zamanı Sumı, Xarkov, Luqansk və Donetsk istiqamətlərindəki əməliyyat vəziyyəti, korpus və briqadaların ehtiyacları, həmçinin beynəlxalq tərəfdaşlar tərəfindən həyata keçirilən hərbi tədarüklər müzakirə olunub.

Mənbə: bizim.media