İran ABŞ-yə razılığa gəlmək istədiyini bildirib - Ağ Ev

İran ABŞ-yə razılığa gəlmək istədiyini bildirib - Ağ Ev

İran ABŞ-a atəşkəs razılaşması əldə etmək istədiyini bildirir və Vaşinqtonla Tehran arasında təmaslar davam edir.

Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə bildirib.

"Mən bu barədə cəmi bir saat əvvəl [ABŞ Prezidenti Donald Trampla] danışdım. İran ABŞ ilə danışıqları davam etdirir və Amerika ordusu ona dağıdıcı zərbələr endirdiyindən bizimlə razılaşmaq istədiyini bildirib", - deyə o qeyd edib.


Mənbə: unikal.az