Bu xəstələrə verilən dərmanların sayı ARTIRILDI

Bu xəstələrə verilən dərmanların sayı

Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısında dəyişiklik edilib.

Bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.

Dəyişikliyə əsasən, "Sistaqon", "Sistadrops", "Yondelis", "Skayklaris" adlı dərman vasitələri həmin siyahıya əlavə edilib.

Bununla da siyahıda yer alan dərmanların sayı 145-ə çatıb.

Bizim.Media

Mənbə: bizim.media