Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər

Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər

İsrailin Baş naziri Benyamin Netanyahu "77 WABC" radiosuna müsahibəsində Türkiyəni hədəf alan açıqlamalar verib.

Netanyahu NATO sammitindən sonra Ankaranın F-35 proqramına qayıtmaq ehtimalına münasibət bildirib.

"Türkiyə F-35 almamalıdır, hətta onlara heç bir silah verilməməlidir. Bu fikir tamamilə absurddur", - deyə o qeyd edib.

Netanyahu Türkiyənin müdafiə sənayesində ciddi irəliləyiş əldə etdiyini etiraf edib: “Türkiyənin hər hansı silahın verilməsinə də layiq olduğunu düşünmürəm. Artıq silahlarını özləri istehsal edirlər”.

Netanyahu müsahibəsində həmçinin Türkiyənin İsrailə münasibətini və Ankaranın HƏMAS-la bağlı siyasətini də tənqid edib: "Düşünürəm ki, Ərdoğan və onun hökuməti İsrailin məhv edilməsindən və Qüdsün ələ keçirilməsindən danışır. Onlar bunu istəyirlər".

Mənbə: publika.az