İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ ilə imzalanmış memorandumun yalnız qarşılıqlı şəkildə icra olunduğu halda qüvvədə qala biləcəyini bildirib.
Bu barədə onun "Telegram" kanalında yayılan bəyanatda qeyd olunub.
Qalibafın sözlərinə görə, İran memorandumdan fayda görmədiyi təqdirdə onun şərtlərinə əməl etmək üçün əsas yoxdur.
O vurğulayıb ki, İran Silahlı Qüvvələri ölkəyə qarşı istənilən təcavüzə cavab vermək üçün tam fəaliyyət azadlığına malikdir.
Mənbə: apa.az