Sükanı siyasətdən BYD-yə çevirdi

Sükanı siyasətdən BYD-yə çevirdi

Macarıstanın sabiq xarici işlər naziri Peter Siyyarto deputat mandatından imtina edərək Çinin nəhəng avtomobil şirkəti BYD-də rəhbər vəzifəyə keçmək qərarına gəlib.

Bu barədə eks-nazir özünün “Facebook” hesabında məlumat paylaşıb.

“Deputat mandatımdan imtina etməklə bağlı ərizəmi təqdim etdim”, – deyə Siyyarto yazıb.

Sabiq nazirin sözlərinə görə, o, dünya iqtisadiyyatının aparıcı şirkətlərindən birindən “son dərəcə fəxri” təklif alıb. Siyyarto bu gündən etibarən BYD şirkətində fəaliyyətə başlayacağını elan edib. O, yeni iş yerində xarici əlaqələr və yeni biznes istiqamətlərinin inkişafına cavabdeh olacaq.

Qeyd edək ki, P. Siyyarto 2014-cü ilin sentyabrından Macarıstan XİN-ə rəhbərlik edirdi. Baş nazir Viktor Orbanın “FİDES – Macarıstan Alyansı” partiyasının 2026-cı ilin aprelində keçirilən seçkilərdə məğlubiyyətindən sonra o, parlamentdəki yerini qorumuş və yeddinci dəfə deputat mandatı qazanmışdı.

Məlumat üçün bildirək ki, BYD (Build Your Dreams – “Arzunu qur”) baş qərargahı Şençjendə yerləşən Çin çoxsahəli konqlomeratıdır. Şirkət elektromobil, akkumulyator və “yaşıl” texnologiyalar istehsalı sahəsində dünya liderlərindən biri hesab olunur.

Mənbə: qafqazinfo.az