ABŞ Prezidenti Donald Tramp Ağ Evin Situasiya otağında İrana qarşı daha genişmiqyaslı hərbi əməliyyatın müzakirə edildiyi müşavirə keçirib.
Bu barədə "Axios" mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, görüşdə İran ərazisindəki strateji obyektlərə zərbələr endirilməsi planları müzakirə olunub. Gözlənilir ki, yeni hücum Hörmüz boğazı rayonundakı hazırkı zərbələrdən daha genişmiqyaslı olacaq.
Müşavirədə ABŞ-ınvitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset iştirak ediblər. Nəşrin mənbələri iddia edirlər ki, Vaşinqtonun məqsədi Tehrana elə bir ziyan vurmaqdır ki, İslam Respublikası hakimiyyəti Hörmüz boğazını açsın və ABŞ-ın nüvə proqramı ilə bağlı tələbləri ilə razılaşsın.
Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeddi saatlıq zərbələr seriyasının başa çatdığını elan etmişdi.
Hüseyn İbadlı
Mənbə: publika.az