ABŞ-ın İrana endirdiyi zərbələr Buşəhr şəhərində üç ərazini hədəf alıb.
Buşəhr valisi Məhəmməd Mozəffəri rəsmi IRNA agentliyinə açıqlamasında səhər saatlarında şəhərə düşən ABŞ raketlərinin insan tələfatına səbəb olmadığını bildirib.
Valinin sözlərinə görə, ABŞ ordusu çərşənbə axşamı liman şəhərinin qərb hissəsində yerləşən dörd məntəqəyə zərbələr endirib.
"Xilasetmə xidmətləri hazırda tam hazırlıq vəziyyətindədir və şəhərdə vəziyyət sakitdir", – deyə Mozəffəri IRNA-ya bildirib.
Mənbə: sitat.info