Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə "Pravda.sk" nəşrinə istinadən məlumat verilir.
Məlumata görə, Pelleqrini ilə birlikdə ölkənin baş nazir müavini və müdafiə naziri Robert Kalinyak, baş nazirin müavini və iqtisadiyyat naziri Denisa Sakova, daxili işlər naziri Matuş Şutay Eştok və Slovakiya Milli Bankının rəhbəri Peter Kajimir də səfərdə iştirak edəcək.
Qeyd edilir ki, Peter Pelleqrini həmçinin Ağdam rayonuna səfər edəcək, orada Baş Qərvənd kəndində "Smart Village" ("Ağıllı kənd") layihəsi ilə tanış olacaq və general Milan Rastislav Ştefanikin adını daşıyan yeni məktəbin təməl daşını qoyacaq.
Slovakiya prezidentinin səfəri ilə paralel olaraq, Bakıda slovakiyalı sahibkarların iştirakı ilə Slovakiya-Azərbaycan biznes forumu keçiriləcək
Mənbə: azxeber.com