Qayıdışın heç yerdə eşitmədiyiniz tərəfləri: Xocavəndin qürur dolu tarixi - VİDEO

Qayıdışın heç yerdə eşitmədiyiniz tərəfləri: Xocavəndin qürur dolu tarixi - VİDEO

Baku TV-nin "Gör nələri qaytarmışıq" layihəsinin növbəti buraxılışı Xocavənd rayonuna həsr olunub.

Bölgənin qədim tarixi bəşəriyyətin ilkin məskənlərindən sayılan və 1960-cı ildə arxeoloq Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya tərəfindən aşkar edilən Azıx mağarası ilə sıx bağlıdır. Burada 1968-ci ildə tapılan qədim insana məxsus alt çənə sümüyü Azərbaycanın bəşər sivilizasiyasının ilkin yaşayış məskənlərindən biri olduğunu bütün dünyaya sübut edib.

Qayıdışın heç yerdə eşitmədiyiniz tərəfləri: Xocavəndin qürur dolu tarixi - VİDEO

Əsrlər boyu qədim alban məbədlərini və zəngin mədəniyyət izlərini qoruyub saxlayan bu strateji ərazi 1988-ci ildən başlayan Ermənistanın hərbi təcavüzünün əsas hədəflərindən birinə çevrildi. 1992-ci il oktyabrın 2-də Xocavənd işğal edildi, əhali öz yurdundan didərgin düşdü, tarixi abidələr isə vəhşicəsinə dağıdıldı.

Lakin 2020-ci ilin payızında şanlı Azərbaycan Ordusu Azıx mağarasının çoxəsrlik yaddaşını özünə qaytardı. Xüsusilə 2020-ci ilin oktyabrında Hadrut qəsəbəsinin işğaldan azad edilməsi Vətən müharibəsində dönüş nöqtəsi oldu. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Xocavənd rayonu tamamilə separatçılardan təmizləndi və azadlığına qovuşdu.

Mənbə: oxu.az