Bir sutkada 28 nəfər həlak oldu

Bir sutkada 28 nəfər həlak oldu

İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində son sutka ərzində azı 28 nəfər həlak olub.

Bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İsrailə məxsus təyyarələr Nəbatiyyə şəhərinə və ətraf yaşayış məntəqələrinə bir sıra hava zərbələri endirib. Hücumlar nəticəsində 28 nəfər ölüb.

Nazirliyin yayımladığı hesabatda bildirilib ki, martın 2-də hərbi eskalasiyanın başlanmasından indiyədək həlak olanların ümumi sayı 3 912 nəfərə, yaralananların sayı isə 11 873 nəfərə çatıb.

Bizim.Media

Mənbə: bizim.media