Ermənistan üçüncü ildir ki, borcunu ödəmir - Masadikov

Ermənistan üçüncü ildir ki, borcunu ödəmir -

Ermənistanın KTMT büdcəsinə ödəniş etməməsi məsələsi müzakirə olunur.

Bunu KTMT Baş katibi Talatbek Masadikov deyib.
“Bəli, bu məsələ müzakirə olunur. Bu yaxınlarda Kazanda Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi və nazirlər bu məsələni ətraflı müzakirə etdilər. Ermənistan artıq üçüncü ildir ki, öz borcunu ödəmir. Ermənistan təşkilatın işində faktiki olaraq iştirak etmir, baxmayaraq ki, de-yure tamhüquqlu üzvdür. KTMT-yə üzvlük qərarı Ermənistan xalqının və Ermənistan rəhbərliyinin ixtiyarındadır”, - o bildirib.

Mənbə: www.bakupost.az