ABŞ Müharibə Nazirliyi Konqres üzvlərinə İranla bağlı hərbi əməliyyat və digər xərclərlə əlaqədar 80 milyard dollar əlavə vəsaitə ehtiyacı olduğunu bildirib.
“The Wall Street Journal” (WSJ) qəzetinə istinadla xəbər verilir ki, Pentaqonun büdcə ehtiyacları ciddi müzakirə mövzusuna çevrilib.
Qeyd olunub ki, ABŞ müdafiə nazirinin birinci müavini Stiven Feynberq bu məsələni amerikalı qanunvericilərlə müzakirə edərək Pentaqonun tələbatları barədə onları məlumatlandırıb. Konqres əlavə maliyyələşdirməni təsdiqləməzsə, Pentaqonun vəsaitlərinin artıq yay aylarında tükənəcəyi gözlənilir. Məqalədə vurğulanıb ki, bu vəziyyətdə Amerika hərbçiləri təlimlər də daxil olmaqla, bir sıra proqramları ixtisar etmək məcburiyyətində qala bilərlər.
Hüseyn İbadlı
Mənbə: publika.az