Rusiya Mədəniyyət Nazirliyi nazirlik adından Teleqram kanalları tərəfindən saxta sənədlərin yayılması ilə bağlı xəbərdarlıq edib.
Həmin məlumatlarda Azərbaycan vətəndaşlarının Rusiyada mədəni tədbirlərdə iştirakına məhdudiyyətlər tətbiq edildiyi iddia olunur.
Nazirliyin mətbuat xidmətinin yaydığı açıqlamada qeyd olunur:
"Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimovanın "Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasının ərazisində mədəni tədbirlərdə iştirakının və musiqi məzmununun yayılmasının məhdudlaşdırılması ilə bağlı tövsiyələrin təsdiq edilməsi haqqında əmr imzaladığı barədə yayılan məlumat tamamilə yalandır. Nəşrlərdə təqdim olunan sənədin hüquqi qüvvəsi yoxdur".
Mənbə: axar.az