Emin Ağalarov Rusiyadakı konsertini 365 gün niyə təxirə salıb? - ÖZÜ AÇIQLADI

Emin Ağalarov Rusiyadakı konsertini 365 gün niyə təxirə salıb? -

Xəbər verdiyimiz kimi, Xalq artisti Emin Ağalarov Kalininqrad vilayətinin Svetloqorsk şəhərindəki konsertinin bir il müddətinə təxirə salıb.

İfaçının özü Qazeta.ru-ya bildirib ki, konsert iş qrafikində dəyişiklik səbəbindən ləğv edilib.

"İyulun 6-da Svetloqorskun “Yantar Hall” zalında keçirilməsi planlaşdırılan konserti iş qrafikində dəyişikliklə əlaqədar təxirə salmağa məcburuq. Bu məkan regionda ən populyardır, ona görə də yaxın tarixləri razılaşdıra bilmədik", - o deyib.

Ağalarov əlavə ediv ki, həqiqətən də Svetloqorska getmək istəyir və konsert mütləq baş tutacaq, amma bir ildən sonra.

Hüseyn İbadlı

Mənbə: publika.az