Puerto-Rikodan olan 27 yaşlı Cennifer Barreto noyabrın 24-də San-Xuanda keçirilən “Miss Universe – 2026” beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.
“Business Insider” nəşrinə istinadən xəbər verilir ki, o, 115 iştirakçını geridə qoyaraq müsabiqənin 75-ci buraxılışında qalib adını qazanıb.
Barreto müsabiqə tarixində evli və uşaq sahibi olan ilk qalib kimi tarixə düşüb. O, həmçinin Puerto-Rikoda keçirilən müsabiqədə öz ölkəsinə ikinci dəfə qələbə qazandırıb. Sonuncu dəfə bu uğura 2001-ci ildə Denise Quiñones imza atmışdı.
Dominikan Respublikası təmsilçisi Melissa Nunes birinci, Venesuela təmsilçisi Klara Veqas Qöts isə ikinci vitse-miss seçilib.
Qeyd edək ki, Cennifer Barreto psixologiya və sosial iş üzrə ali təhsil alıb. O, profilaktika və böhran vəziyyətlərinə müdaxilə sahəsində çalışır.
Mənbə: bizim.media



