Rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov alkoqol asılılığından tamamilə xilas olmağın universal üsulunun olmadığını bildirib.
O, bu barədə “Rossiya 1” telekanalına müsahibəsində danışıb.
Myasnikovun sözlərinə görə, alkoqola meyilliliyi 100 faiz aradan qaldıran heç bir müalicə vasitəsi mövcud deyil.
Həkim qeyd edib ki, spirtli içkilərin zərərini tam dərk edən, hətta çox ağıllı insanlar belə bu vərdişdən imtina etməkdə çətinlik çəkirlər.
Mənbə: publika.az