62 yaşlı Hollivud ulduzu Bred Pittin San-Sebastyan Film Festivalında qırmızı xalçaya çıxışı ətrafında yeni müzakirələr başlayıb.
Aktyor “Vəhşi ürək” filminin premyerasına 33 yaşlı sevgilisi İnes de Ramonla birlikdə qatılıb. Cütlük əl-ələ tutaraq fotokameralara poz verib. Pitt klassik smokinq, sevgilisi isə zümrüd rəngli uzun libas geyinib.
Lakin aktyorun görünüşünə diqqət yetirən bəzi izləyicilər onun yenidən alkoqol asılılığına qayıda biləcəyini düşünüblər. Bununla bağlı hazırda heç bir sübut yoxdur.
Müzakirələrdə mümkün “sarsıntı”nın aktyorun övladları ilə münasibətlərinin gərginliyi ilə əlaqələndirildiyi də bildirilir. İddialara görə, uşaqlarının atasının soyadını daşımaqdan imtina etməsi Pittə ağır təsir edib.
Müəllif: Adəm
Mənbə: publika.az