Prokurorluq əməkdaşları ağacəkmə kampaniyası keçirib.
Tədbir milli prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü, habelə 1 oktyabr – Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə təşkil edilib.
Kampaniyada Baş Prokurorluq, Hərbi Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları, prokurorluğun veteranları, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi, nazirliyin əməkdaşları, eləcə də könüllülər iştirak edib.
Tədbir çərçivəsində Abşeron yarımadası və Naxçıvan Muxtar Respublikasında torpaq-iqlim şəraitinə uyğun ümumilikdə 1200-dən çox zeytun və Eldar şamı ağacları əkilib.
Kampaniyadan sonra Baş prokuror Kamran Əliyev prokurorluğun veteranları ilə görüşərək onlarla söhbət edib.



Mənbə: qafqazinfo.az