Küsülü olan Afaq Bəşirqızı və Almaz Ələsgərova bir arada - VİDEO

Küsülü olan Afaq Bəşirqızı və Almaz Ələsgərova bir arada -

Bir müddət əvvəl aralarında yaşanan qalmaqalla gündəmə gələn Xalq artisti Afaq Bəşirqızı və Əməkdar artist Almaz Ələsgərova bir araya gəlib.

Anların eyni məkandan görüntülərini Əməkdar artist Əkbər Əlizadə sosial şəbəkə hesabında paylaşıb.

Aktrisalar Akademik Musiqili Teatrın 117-ci mövsümünün başlaması münasibətilə keçirilən tədbirdə iştirak ediblər. Onlar eyni sıradan əyləşiblər.

Paylaşılan videoda bir çox Xalq və Əməkdar artistlərin, aktyorların yeni teatr mövsümünün açılışı münasibətilə bir araya gəldiyi əks olunub.

Qeyd edək ki, bir müddət əvvəl aktrisaların dava etdiyi xəbəri yayılmışdı. Hadisə mədəniyyət naziri Adil Kərimlinin sözügedən teatrda aktyorlarla görüş keçirdiyi ərəfədə baş verib.

Qalmaqala səbəb A.Ələsgərovanın saqqız çeynəməsi olub. A.Bəşirqızı iclas iştirakçılarından birinin saqqız çeynədiyini eşidib.

İddiaya görə, aktrisanın əsəbləri buna dözməyib və ucadan “bu qələti edən kimdir?” deyə, iştirakçılara səslənib. Bu zaman A.Ələsgərova “qələti sən özün edirsən” cavabını verib.


Bizim.Media

Mənbə: bizim.media