78 yaşında evləndi - Fotolar

78 yaşında evləndi -

Türk xalq musiqisinin tanınmış sənətçilərindən Tuğrul Şan 78 yaşında ailə həyatı qurub.

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, sənətçi Canan Erdaş adlı xanımla evlənib.

Cütlüyün nikah mərasimi açıq havada təşkil olunub. Tədbirdə ailə üzvləri və yaxınları ilə yanaşı, Ordu valisi Muammer Erol da iştirak edib.

78 yaşında yenidən ailə həyatı quran sənətçinin xoş günü müzakirələrə səbəb olub. Belə ki, bəziləri bu yaşda evlənməni qınasa da, bəziləri sevginin yaşının olmadığını vurğulayaraq onlara xoşbəxtlik arzulayıb.

Qeyd edək ki, 1948-ci ildə Ordu şəhərində dünyaya gələn Tuğrul Şan 1970-ci illərdən etibarən sənət fəaliyyətinə başlayıb. O, uzun illər ərzində türk xalq musiqisinin sevilən və tanınan ifaçılarından birinə çevrilib.


Mənbə: qafqazinfo.az