Çəkisinə görə məruz qaldığı təzyiqlərdən danışdı

Çəkisinə görə məruz qaldığı təzyiqlərdən danışdı

Məşhur model Gigi Hadid karyerasının əvvəllərində çəkisi ilə bağlı üzləşdiyi təhqirlərdən danışıb.

Müsahibə “Vogue” jurnalının Fransa buraxılışında dərc olunub.

31 yaşlı model bədən quruluşuna görə təzyiqlərə məruz qaldığını və ondan arıqlamasının tələb edildiyini açıqlayıb.

“Belə bədən quruluşu ilə heç vaxt “Victoria's Secret”in podiumuna çıxa bilməzsən”, “Filan qədər kilo atmalısan” deyirdilər. Lakin bu fikirlərin məni sındırmasına imkan vermədim. Özümə dedim ki, əgər insanlar mənə şübhə ilə yanaşmağa davam etsələr, başqa bir yol — məsələn, televiziya sahəsini seçəcəyəm. Amma bilirdim ki, təqdim edə biləcəyim dəyərli bir şeyim var”, - Gigi əlavə edib.



Mənbə: qafqazinfo.az