Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində iyunun 6-ə və 7-də keçirilən “Classics & Supercars” festivalı başa çatıb.
Festival zamanı klassik avtomobillər, idman avtomobilləri və “Supercar”lar sərgilənib.
Festivalda Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası, həmçinin tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri nümayiş olunurdu.














Mənbə: qafqazinfo.az