Dünyaca məşhur pop ulduzu Dua Lipa İtaliyanın Palermo şəhərində aktyor Kallum Ternerlə baş tutan dəbdəbəli toy mərasimi ilə gündəmin əsas mövzularından birinə çevrilib.
18-ci əsrə aid “Villa Valguarnera”da keçirilən mərasim təxminən 1,5 milyon funt-sterlinqə (təxminən 3,4 milyon manat) başa gəlib.
Cütlük daha əvvəl Londonda rəsmi nikah bağladıqdan sonra yaxın dostları və ailələri ilə ikinci, daha geniş mərasim təşkil edib.
Toyda musiqi dünyasının tanınmış simaları da iştirak edib. Qonaqlar arasında Çarli XCX, Mark Ronson və Teym İmpala üzvləri yer alıb. Gecənin ən böyük sürprizi isə səhnəyə çıxan musiqi əfsanəsi Elton Con olub. O, cütlük üçün “Your Song” ifa edərək mərasimə xüsusi rəng qatıb.
Dua Lipa mərasimdə “Bottega Veneta” imzalı gəlinlik və aksesuarlarla diqqət çəkib. Moda dairələrində onun gəlinliyinin Donatella Versace tərəfindən hazırlandığı iddiaları da yayılıb.
Toy mərasimi xüsusi menyu, məşhur aşpazların hazırladığı şam yeməyi və səhərə qədər davam edən əyləncə proqramı ilə yadda qalıb. Bildirilir ki, cütlük səs-küy və logistika səbəbilə narahatlıq yaşayan yerli sakinlərə minnətdarlıq məqsədilə kompensasiya da ödəyib.






Mənbə: qafqazinfo.az