"Milli valyutaya inam artmaqda davam edir".
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, son bir ildə əmanətlərin dollarlaşması rezident fiziki şəxslər üzrə 3,3% bəndi azalaraq 25,7%-ə, qeyri-rezident fiziki şəxslər üzrə isə 5,7% azalaraq 54,6% səviyyəsinə düşüb.
Günay Şahmar, Bizim.Media
Mənbə: bizim.media