Mərkəzi Bankın (AMB) Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov qurumun baş direktoru təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, yeni təyinatdan sonra baş direktorların sayı yenidən 10-a çatıb.
Yeni baş direktor bu vəzifədə bir müddət əvvəl işdən çıxmış Vüqar Əhmədovu əvəz edib.
Qeyd edək ki, A.Ələsgərov 2009-cu ildən Pul siyasəti departamentinin direktoru vəzifəsində işləyirdi.
Mənbə: qafqazinfo.az