Azərbaycanın xidmətlər balansında 1 milyard dollarlıq kəsir yaranıb

Azərbaycanın xidmətlər balansında 1 milyard dollarlıq kəsir yaranıb

2026-cı ilin 6 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 9.2 milyard dollar təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bunun 5.1 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 4.1 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 1.2% azalaraq 1 milyard dollar olub.

Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1 milyard dollar olub. Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 66.5 milyon dollar təşkil edib.

Bizim.Media

Mənbə: bizim.media